Azərbaycanda və Qafqaz regionunda ilk mühərrik və sənaye yağları istehsalçısı Technol peşə sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi üzrə beynəlxalq ISO 45001:2018 standartını tətbiq etdi.
ISO 45001:2018 peşə sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi üzrə tələbləri müəyyənləşdirən beynəlxalq səviyyədə qəbul edilmiş standartdır. Bu sistem peşə sağlamlığı və təhlükəsizliyində yarana biləcək təhlükə və riskləri müəyyən etməyə və idarə etməyə imkan verir.
Bu standartın tətbiqi nəticəsində Technol şirkəti peşə sağlamlığı və təhlükəsizliyi ilə bağlı fəaliyyətini daha da təkmilləşdirəcək, təhlükə və riskləri minimuma endirəcək, mövcud imkanlardan yararlanacaq və uyğunsuzluqları aradan qaldıracaqdır.