Skip to content Skip to sidebar Skip to footer

Technol şirkəti satış şəbəkəsini genişləndirməkdə davam edir

Azərbaycanda və Qafqaz regionunda ilk mühərrik və sənaye yağları istehsalçısı olan Technol məhsullarının müştərilər üçün daha da əlçatan olması məqsədilə respublika üzrə satış nöqtələrinin sayını artırmaqda davam edir. Hazırda Technol məhsulları respublikanın 46 şəhər və rayonunda yerləşən satış nöqtələri tərəfindən təklif edilməkdədir. Müştərilər müxtəlif çeşiddə Technol məhsullarını yaşadıqları ərazidə şirkət tərəfindən təyin edilən mağazalardan, yağdəyişmə yerlərindən və servislərdən asanlıqla əldə edə bilərlər. Şirkətin satış planına uyğun olaraq, yaxın zamanda Technol məhsullarının ölkənin bütün ərazilərində satışı təşkil ediləcəkdir. Technol məhsullarının satışını həyata keçirən satış nöqtələrinin tam siyahısını aşağıdakı keçiddən əldə edə bilərsiniz (https://technol.shop/page/adress/az). Bundan başqa Technol məhsullarını satış nöqtəsinə getmədən şirkətin elektron mağazasında (www.technol.shop) sifariş edərək əldə etmək mümkündür.

İllik 50 min ton istehsal gücünə malik Technol şirkətində istehsal prosesinin təşkili məqsədilə Alman istehsalı olan avadanlıqlar quraşdırılıb, istehsal prosesinin tam avtomatlaşdırılması həyata keçirilib. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və Yaponiyanın tanınmış firmalarının müasir ciahazları ilə təchiz edilən şirkət, yağların geniş səpkidə dəqiq analizi üçün beynəlxalq akkreditasiyadan keçmiş (ISO17025: 2017) müasir laboratoriyaya malikdir.

Technol şirkətində bütün mühərrik və sənaye yağları Infineum, Chevron, Afton kimi nüfuzlu təchizatçıların yüksək keyfiyyətli qatqılarından istifadə edilməklə Amerika Neft İnstitutunun (API), Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) standartlarına müvafiq qaydada isehsal edilir, Amerika Test və Materiallar Cəmiyyətinin (ASTM) tələbləri əsasında sınaqdan keçirilir. Şirkət, istehsal etdiyi bəzi mühərrik yağ çeşidləri üzrə Mercedes-Benz və Cummins şirkətlərinin təsdiqlərini əldə edib, Amerika Neft İnsitutunun (API) müvafiq sertifikatı ilə təltif olunub. İstehsal edilən bütün məhsulların müştəri tələbatına və qanunvericiliyin tələblərinə cavab verməsi üçün şirkətdə ISO9001 2015 standartı tətbiq olunub. Bundan başqa şirkətdə ətraf mühitin idarə edilməsi üzrə ISO 14001: 2015, peşə sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi üzrə ISO 45001: 2008 beynəlxalq standartları tətbiq olunub.

Dünya üzrə tanınmış markaların göstəricilərinə cavab verən yağları istehsal edərək əlverişli qiymətə hər kəs üçün əlçatan etmək Technol şirkətinin başlıca fəaliyyət məqsədidir. Qısa müddət ərzində müştərilərin etimad və rəğbətini qazanan Technol şirkətinin istehsal etdiyi keyfiyyətli məhsullar bu gün daxili bazarın tələbatını ödəməklə yanaşı xarici bazarların tələbatını qarşılamaq üçün 10-a yaxın ölkəyə ixrac olunur.