Skip to content Skip to sidebar Skip to footer

TECHNOL POWER PLUS 10W-40

TECHNOL POWER PLUS 10W-40 ağır yük maşınlarının dizel mühərrikləri üçün ən çətin tələblərə cavab vermək məqsədilə hazırlanmış sintetik texnologiyalı mühərrik yağıdır. Bu mühərrik yağı həmçinin əksər benzin mühərriklərdə istifadə üçün uyğundur. Spesifik Low SAPS (az miqdarda Sulfatlı Kül, Fosfor və Kükürd) texnologiyası sayəsində bu mühərrik yağı xüsusi dizel filteri (DPF) kimi sistemlərlə təchiz olunmuş dizel mühərrikləri qoruyur.

Bu mühərrik yağı oksidləşmə və korroziyaya qarşı yüksək müqavimət göstərir, tərkibindəki yuyucu və paylayıcı qatqılar sayəsində mühərrikin təmiz saxlanılmasını təmin edir, paslanmaya və aşınmaya qarşı xüsusiyyətlərə malikdir. Bu yağın yüksək özlülük indeksi və termal stabilliyi ağır iş şəraitində mühərrikin hərəkətdə olan hissələrinin düzgün yağlanmasını təmin edir. Uzunmüddətli yağdəyişmə istervalları ilə bu mühərrik yağının istifadəsi baxım xərclərini azaltmağa kömək edir. Bu mühərrik yağı əksər istehsalçıların Avro 4 və Avro 5 mühərriklərində istifadə üçün tövsiyə olunur.

  • MB 228.31
  • MAN 3275
  • MTU Type II
  • Volvo VDS-3
  • RVI RLD-2
  • MACK EO-N
  • MACK EO-M Plus
  • CAT ECF-2
  • Cummins CES 20076/20077
  • Detroit Diesel DFS 93K215
  • Deutz DQC-III-18
  • API CI-4/SL
  • ACEA 2016 E7

Müraciət Formu