TECHNOL GEAR OIL EP 140 GL-4
TECHNOL GEAR OIL EP 140 GL-4 minik, kommersiya və sənaye avtomobillərinin API GL-4 tələb olunan mexaniki sürət qutularında, orta yüklü oxlarında, gücləndirici ilə işləyən sükanlarında və ağır yüklü hipoid dişli çarxlarında istifadə üçün yüksək keyfiyyətli mineral əsaslı baza yağı ilə hazırlanmış aşırı təyziqli, yüksək özlülüyə malik dişli çarx yağıdır.
Bu yağın yüksək özlülük indeksi çox aşağı və çox yuxarı temperaturlarda dişli çarxların hərəkətdə olan hissələrinin mükəmməl yağlanmasını və hərəkətini təmin edir. Bu yağın tərkibində dişli çarxların aşınmaya qarşı müdafiəsini təmin edən, oksidləşmə, köpüklənmə, korroziya və pasa qarşı müqavimət göstərən qatqılar mövcuddur.