TECHNOL ATF VI
TECHNOL ATF VI GM Dexos VI və Mercon LV tələblərini qarşılamaq məqsədilə diqqətlə seçilmiş yüksək keyfiyyətli baz yağlarından və qatqılardan hazırlanmış tam sintetik avtomatik ötürücü mayesidir. Bu maye müxtəlif istehsalçılar tərəfindən istehsal edilmiş minik avtomobillərin avtomat ötürücülərində, hidrotransformatorlarında, gücləndirici ilə işləyən sükan sistemlərində və digər hidravlik qurğularında istifadə üçün uyğundur.
Yanacağa olan qənaəti daha da artırmaqla yanaşı bu maye termal stabilliyi və aşağı temperaturda axıcılığı,oksidləşmə və korroziyaya qarşı yüksək müqaviməti, aşınma və pasa qarşı maksimum müdafiəsi hesabına əhəmiyyətli dərəcədə uzadılmış istismar müddəti təmin edir. Bu maye çarxlar arasında hamar keçid hesabına avtomobildən istifadə rahatlığını artıran mükəmməl sürtünmə xüsusiyyətlərinə malikdir.