TECHNOL ENGINE FLUSH
Technol Engine Flush bütün mühərrik növlərinin yağlama sistemlərinin sökülmədən yuyulması üçün istifadə olunur. Bu yuyucu maddə mühərrikin daxili hissələrini təmizləməklə yanaşı aşınmaya qarşı qorumanı da təmin edir. Technol Engine Flush əvvəlki yağların istifadəsi zamanı mühərrikdə yığılmış palçıqlaşmanı, müxtəlif çöküntüləri, lilləri təmizləyərək mühərriki daha uzun ömürlü edir.
Xüsusiyyətləri:
- Depozitin meydana gəlməsinin qarşısını alır
- Yeni yağın təmiz qalmasını təmin edir
- Mühərrikin daxilini təmiz saxlayır
- Həm benzin həm də dizel mühərriklərdə istifadə üçün uyğun və yararlıdır.
İstifadə qaydaları:
- Köhnə yağı mühərrikdən tamamilə boşaldın və yuyucu mayeni mühərrikə əlavə edin.
- Yuyucu mayenin yağın dövr etdiyi hər yerə çatdığından əmin olmaq üçün mühərriki aşağı dövrlər sayında 20-25 dəqiqə işlək saxlayın.
- Daha sonra yuyucu mayeni boşaldın və yağ filterini dəyişin.
- Mühərrikə yeni yağı əlavə edin.

