TECHNOL HYBRID 0W-20
TECHNOL HYBRID 0W-20 hibrid avtomobillərdə istifadə məqsədilə xüsusi olaraq hazırlanmış tam sintetik mühərrik yağıdır. Yüksək keyfiyyətli baza yağı və qatqıları sayəsində bu mühərrik yağı ən tələbkar iş şəraitində üstün səviyyəli yanacağa qənaət və performans təmin edir.
Bu yağ korroziyanın, depozitin və köpüklənmənin meydana gəlməsinin qarşısını alır, tərkibindəki yuyucu və paylayıcı qatqılar sayəsində mühərrikin təmiz qalmasını təmin edir, termal parçalanmaya və oksidləşməyə qarşı güclü müqavimət göstərir. Bu yağın çox stabil olan özlülük indeksi bütün il boyu aşağı və yüksək temperaturlarda mühərrikin hərəkətdə olan hissələrinin mükəmməl yağlanmasını təmin edir və onu aşınmaya qarşı müdafiə edir.