Skip to content Skip to sidebar Skip to footer

TECHNOL POWER 10W-30

TECHNOL POWER 10W-30 uzun məsafələrdə istifadə olunan ağır yük maşınlarının dizel mühərrikləri üçün tələblərə cavab vermək məqsədilə yüksək keyfiyyətli baz yağı və qatqılardan hazırlanmış sintetik texnologiyalı mühərrik yağıdır. Oksidləşməyə və aşınmaya qarşı xüsusiyyətlərinə görə bu yağ oksidləşməyə qarşı mükəmməl müqavimət göstərir, mühərrikin həssas hissələrini aşınmaya qarşı müdafiə edir, effektiv paylayıcı gücü sayəsində mühərrikdə hissəciklərin toplanmasını azaldaraq onun təmizliyini təmin edir.

Turşu birləşmələrinin formalaşmasının və onların aşındırıcı xüsusiyyətlərinin qarşısını alan yüksək TBN səviyyəsinə malik olan bu yağ uzunmüddətli yağdəyişmə istervalına imkan verir. Bu mühərrik yağı əksər Amerika və Avropa istehsalçılarının Avro 5 və əvvəlki nəsil mühərriklərində istifadə üçün tövsiyə olunur.

  • MB 228.3
  • MAN 3275
  • VOLVO VDS-3
  • Deutz DQC-III
  • MTU 2.0
  • Mack EO-N
  • Cummins CES 20077/20078
  • CAT ECF-2
  • Renault RLD-2
  • JASO DH-1
  • Global DHD-1
  • DDC 93K215
  • API CH-4/SJ
  • ACEA E7-2016

Müraciət Formu