Skip to content Skip to sidebar Skip to footer

TECHNOL POWER PLUS 15W-40

TECHNOL POWER PLUS 15W-40 dizel mühərriki ilə təchiz edilmiş yük maşınlarının tələblərini qarşılamaq məqsədilə hazırlanmış mühərrik yağıdır. Yüksək keyfiyyətli baza yağı və qatqılar hesabına bu mühərrik yağı ağır iş şəraitində effektiv yağlanmaya şərait yaradan mükəmməl özlülük stabilliyi təmin edir, tərkibindəki yuyucu, paylayıcı və aşınmaya qarşı xüsusiyyətləri sayəsində mühərriki təmiz saxlayır, onun hərəkətdə olan hissələrini qoruyur və depozitin meydana gəlməsini azaldır.

Bu mühərrik yağı əksər Amerika və Avropa istehsalçılarının Avro 3 və əvvəlki nəsil mühərriklərində istifadə üçün tövsiyə olunur. Bu yağ həmçinin bəzi digər istehsalçıların Avro 5 və əvvəlki nəsil mühərriklərində istifadə üçün də uyğunlaşdırılmışdır.

  • MB 228.3
  • MTU Type II
  • MAN 3275
  • CAT ECF-2
  • Cummins CES 20076/20077
  • Mack EO-N
  • Mack EO-M Plus
  • Volvo VDS-3
  • Deutz DQC-III-18
  • Detroit Diesel DFS 93K215
  • RVI RLD-2
  • API CI-4/SL
  • ACEA 2016 E7

Müraciət Formu