Skip to content Skip to sidebar Skip to footer

Technol, Azərbaycanda ilk mühərrik və sənaye yağları istehsalçısıdır.

Ümumi məlumat

İllik 50 min ton istehsal gücünə malik olan zavod müasir dövrün tələblərinə cavab verən texnoloji avadanlıqlar və istehsal prosesi ilə təchiz edilmişdir.

Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və Yaponiyanın tanınmış firmalarının müasir cihazları ilə təchiz edilən şirkət, yağların geniş səpkidə dəqiq analizi üçün beynəlxalq akkreditasiyadan keçmiş (ISO17025: 2017) müasir laboratoriyaya malikdir.

Technol şirkətində bütün mühərrik və sənaye yağları Infineum, Chevron, Afton kimi nüfuzlu təchizatçıların yüksək keyfiyyətli qatqılarından istifadə edilməklə Amerika Neft İnstitutunun (API), Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) standartlarına müvafiq qaydada isehsal edilir, Amerika Test və Materiallar Cəmiyyətinin (ASTM) tələbləri əsasında sınaqdan keçirilir.

İstehsal edilən bütün məhsulların müştəri tələbatına və qanunvericiliyin tələblərinə cavab verməsi üçün şirkətdə ISO9001: 2015 standartı tətbiq olunub. Bundan başqa şirkətdə ətraf mühitin idarə edilməsi üzrə ISO14001: 2015, peşə sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi üzrə ISO45001: 2008 beynəlxalq standartları tətbiq olunub.

Dünya üzrə tanınmış markaların göstəricilərinə cavab verən yağları istehsal edərək əlverişli qiymətə hər kəs üçün əlçatan etmək Technol şirkətinin başlıca fəaliyyət məqsədidir. Şirkətin əsas istehsalat segmentasiyası sənayə, qres yağları və müxtəlif növ qatqıları olmaq üzrə bölünmüşdür.

Minik və yük avtomobilləri, hidravlika sistemləri, kompressor, generator yağları, kənd təsərrüfatı, müdafiə, gəmiçilik və metallurgiya sənayeləri və digər bir çox sahələri əhatə edən yüzlərlə fərqli məhsul portfelinə malikdir.

Qısa müddət ərzində müştərilərin etimad və rəğbətini qazanan Technol şirkətinin istehsal etdiyi keyfiyyətli məhsullar bu gün daxili bazarın tələbatını ödəməklə yanaşı xarici bazarların tələbatını qarşılamaq üçün 10-a yaxın ölkəyə ixrac olunur.

Bizim Missiya

Missiya

“Beynəlxalq tələblərə cavab verən yağ məhsul və xidmətlərini münasib qiymətə hər kəs üçün əlçatan etmək.”

Dəyərlər

Şirkət, işgüzar fəaliyyətini aşağıdakı korporativ dəyərlər əsasında həyata keçirir:

Şirkətin hər bir işçisi qeyd olunan korporativ dəyərləri öz əmək fəaliyyətində rəhbər tutur. İşçilərə münasibətdə bu korporativ dəyərlərin açıqlaması aşağıdakı kimidir:

Müştəri yönümlülük :

Müştərilərimizin və tərəfdaşlarımızın maraqlarını qoruyaraq onların ehtiyaclarını və istəklərini daim diqqətdə saxlamaq.

Peşəkarlıq :

Peşəkar bilik və bacarıqlara əsaslanmaq. Əmək fəaliyyətini davamlı olaraq, təkmilləşdirmək. Ünsiyyətdə hörmətcil, gülərüz, səmimi və nəzakətli olmaq. Şirkətin dəyərlərinə, maraq və qaydalarına riayət etmək. Vaxt itkisinə yol verməmək. Sorğuların, müraciətlərin, tələb və istəklərin vaxtında cavablandırılmasını təmin etmək.

Dürüstlük :

Fəaliyyət göstərdiyimiz ölkənin qanun və qaydalarına hörmətlə yanaşmaq, əməkdaşlarımız üçün bərabər imkanlar yaradaraq düzgün iş mühiti formalaşdırmaq, müştərilərimiz və tərəfdaşlarımız qarşısında məsuliyyət daşımaq və onların güvənini qazanmaq, nəticələrə cavabdeh olmaq.

Vizyon

“Azərbaycanda və inkişaf etməkdə olan ölkələrdə avtomobil, texnika və avadanlıqlarda istifadə edilən yağlara, maye və texniki xidmətlərə olan ehtiyacları kompleks şəkildə qarşılayan peşəkar təchizatçı olmaq.”

Tarixçə

  • Azərbaycanın ilk mühərrik və sənaye yağları istehsalı zavodu olan “Technol”-un təməli qoyuldu

  • “Technol” fəaliyyətə başladı

  • Məhsulları xarici ölkələrə ixrac etməyə başladı

  • ISO 9001:2000 Beynəlxalq “Keyfiyyətin İdarə Edilməsi Sistemi” üzrə sertifikat alındı

  • Şirkətin laboratoriyası Beynəlxalq laboratoriya sertifikatı olan ISO 17025:2017 Laboratoriya akkreditasiyadan uğurla keçdi

  • Pərakəndə satış nöqtələrinin sayı 100-ə çatdırıldı

  • API (American Petroleum Institute) sertifikatı alındı

  • Mercedes-Benz şirkətinin 229.51 təsdiqini əldə etdi

  • Cummins şirkətinin CES 20081 təsnifatını əldə etdi

  • Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzilə əməkdaşlığa başladı

  • Öz məhsullarını ixrac etdiyi ölkələrin sayını 10-a çatdırdı

  • ISO 14001: 2015 “Ətraf Mühitin İdarə Edilməsi Sistemi” üzrə sertifikat alındı

  • ISO 45001: 2018 “Peşə sağlamlığı və Təhlükəsizliyinın İdarə Edilməsi Sistemi” üzrə sertifikat alındı

Laboratoriya

Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və Yaponiyanın tanınmış firmalarının müasir cihazları ilə təchiz edilən şirkət, yağların geniş səpkidə dəqiq analizi üçün beynəlxalq akkreditasiyadan keçmiş (ISO17025: 2017) müasir laboratoriyaya malikdir.

Zavodun laboratoriyasında istifadədə olan cihazlar vasitəsilə aşağıdakı növdə analizlər aparmaq mümkündür:

Density

Yağın sıxlığını müəyyənləşdirmək

Kinematic Viscosity

Yağın kinematik özlülüyünü qiymətləndirmək

Viscosity Coefficient

Yağın özlülük əmsalını təyin etmək

Evaporation

Yağın buxarlanmasını müəyyənləşdirmək

Total Base Number

Yağın tərkibində qələvi miqdarını müəyyənləşdirmək

Total Acid Number

Yağın tərkibində turşuluq miqdarını qiymətləndirmək

Pour Point

Yağın axma nöqtəsini dəqiqləşdirmək

Flash Point

Yağın alışma nöqtəsini təyin etmək

Freezing Point

Yağın donma nöqtəsini təyin etmək

Foaming

Yağın köpüklənmə miqdarını müəyyən etmək

Pərakəndə Satış Nöqtələrimiz

Bakı və Sumqayıt

Regionlar