Technol Grease Marine

TƏTBİQİ:

TECHNOL GREASE MARINE ilk növbədə sərt şəraitdə işləyən istiqamətləndirici kirşələr, metal kabellər, polad troslar, bucurğadlarda, açıq dişli çarxlarda və zəncirlərdə istifadə üçün hazırlanmışdır;
TECHNOL GREASE MARINE dənizçilik işlərində, sement zavodlarında, mədən və karxanalarda, dəniz limanlarında (misal üçün, həərəkətli kranlar) və digər ağır sənmaye işlərində istifadə olunur;
TECHNOL GREASE MARINE əllə, fırçayla və ya digər müvafiq alətlərlə tətbiq oluna bilər. Optimal yağlama və performans üçün istifadə etdiyiniz alətləri mümkün qədər təmiz saxlayın.

ÜSTÜNLÜKLƏRİ:

  • Mükəmməl termal və mexaniki stabillik. Böyük temperatur fərqlilikləri üçün uyğundur;
  • Yüksək təbii ekstremal təzyiq və köhnəlmə əleyhinə xüsusiyyətləri sayəsində müstəsna yük müqaviməti;
  • Ümumilikdə, polad troslar, açıq dişi çarxlar və metal səthlərə mükəmməl yapışma xüsusiyyəti;
  • Mükəmməl su müqaviməti, hətta yağa külli miqdarda su daxil olsa da, xüsusiyyətlərini itirmir;
  • Kalsium sulfonatın xüsusiyyətləri sayəsində dəniz suyunda belə mükəmməl anti-oksidləşmə və anti-korroziya xüsusiyyətləri.