Technol PLATINUM 5W-20

4760155490373

4760155490397

TƏTBİQİ:

Köhnəlmə və çöküntüyə qarşı ən yaxşı müdafiəni təmin edən sintetik texnologiyalı mühərrik yağı. Benzin mühərriklərinin istifadə olunan sürtkü yağlarına qarşı həssas və texniki xidməti bahalı olan təmizləmədən sonrakı sistemləri də məhsulun tərkibində fosforun az miqdarda olması sayəsində uzun müddətə qorunur. 5W-20 dərəcəsi mühərrikin içində daxili sürtünməni mümkün qədər azaldır və beləliklə mühərrik tam gücü ötürə bilir, eyni zamanda yanacağa qənaət edir.

Technol platinum 5W-20, Ford WSS-M2C-948-B spesifikasiyası ilə Ford-un benzin mühərrikli avtomobillərində (Ford Ka, Focus ST və Focus RS istisna olmaqla) istifadə üçün xüsusilə münasibdir. Bu yağdan 1.0L həcmə sahib 3 silindrli EcoBoost mühərriklərində istifadə olunur.

 

ÜSTÜNLÜKLƏRİ: 

 

  • Ətraf mühitə təsirin azaldılması: Yanacaq sərfində 3.55% qənaət - rəsmi ACEA testi: M111FE ilə ölçülmüşdür
  • Çirkləndirmə-nəzarət sistemlərinin qorunması: Tərkibində fosforun aşağı səviyyədə olması sayəsində bu yağ üç komponentli katalizatorlu neytrallaşdırıcıların zəhərli qazlardan zədələnməsinin qarşısını almaqla onların işini optimallaşdırır və havaya buraxılan xüsusilə azot və karbohidrogen birləşmələrinin və dəm qazının miqdarını azaldır
  • Mühərrikin qorunması və təmizliyi: Yərkibindəki yuyucu və parçalayıcı qatqılar sayəsində köhnəlmə və çöküntüyə qarşı öz kateqoriyasında mövcud olan ən yaxşı müdafiəni təmin edir
  • Soyuq havalarda mühərrikin daha asan işə düşməsi: Aşağı temperaturlarda həddən artıq axıcılığına görə soyuq havalarda mühərrik daha asan işə düşür
  • Yağdəyişmə intervalı: İstifadədən asılı olaraq dəyişə bilər
1 Lt
4 Lt
208 lt