Technol PLATINUM 0W-40

4760155490366

4760155490380

TƏTBİQİ:

TECHNOL PLATINUM 0W-40, yeni ACEA A3/B4 və APİ SN standartlarının tələbatlarına cavab verən sintetik texnologiyalı mühərrik yağıdır. Bu yeni beynəlxalq standartlara uyğunluq o deməkdir ki, məhsul benzin mühərrikləri və hissəcik təmizləyici filtri olmayan dizel mühərrikləri üzrə ən son tələbatlara cavab verir.

TECHNOL PLATINUM 0W-40 yağının aldığı sertifikatlar bu məhsulu satışdan sonra avtomobillərdə istifadə üçün mühərrik yağları arasında birinci dərəcəli seçim edir – bir çox fərqli avtomobil istehsalçılarının hazırladığı çoxsaylı mühərrik növlərinin tələbatlarına cavab verir. Bu yağ, həmçinin həm normal, həm də ən tələbkar avtomobil sürmə şəraitində (qapıdan qapıya, idman tərzində, mühərriyi təkrarən işə salma, şəhərdə və şosse yollarında və s.) və bütün fəsillərdə istifadə üçün yararlıdır.

 

  ÜSTÜNLÜKLƏRİ:

  • Mühərrikin qorunması: Mühərriki həddən artıq yüksək dərəcədə qorumaqla onun bütün hissələrinin ömrünü uzadır. Qoruma dərəcəsi Avropa istehsalçılarının rəsmi köhnəlmə testlərində 20%-dən yüksəkdir;
  • Mühərrikin təmizliyi: Bu yağ öz kateqoriyasında bütün şəraitlərdə - istər soyuq havalarda, istərsə də həddən artıq yüksək temperaturlarda mühərriki işə saldığınız andan - çöküntülərə qarşı mövcud olan ən yaxşı müdafiəni təmin edir;
  • Mühərrikin daha asan işə salınması: 0W-40 dərəcəsi xüsusi qatqıları ilə birlikdə həm çox aşağı, həm də çox yüksək temperaturlarda (misal üçün, söndür və işə sal sistemləri üçün idealdır) mühərrikin işə salınmasını asanlaşdırır;
  • Yağdəyişmə intervalı: TECHNOL PLATINUM 0W-40 ən tələbkar istehsalçıların tövsiyə etdiyi servis planı və yağdəyişmə intervallarına müvafiq olaraq özünün xüsusiyyətlərini saxlayır.
1 Lt
4 Lt
208 lt