Technol POWER+ 20W-50

TECHNOL POWER+ 20W-50 dizel mühərriki ilə təchiz edilmiş yük maşınlarının tələblərini qarşılamaq məqsədilə hazırlanmış mühərrik yağıdır. Yüksək keyfiyyətli baza yağı və qatqılar hesabına bu mühərrik yağı ağır iş şəraitində effektiv yağlanmaya şərait yaradan mükəmməl özlülük stabilliyi təmin edir, tərkibindəki yuyucu, paylayıcı və aşınmaya qarşı xüsusiyyətləri sayəsində mühərriki təmiz saxlayır, onun hərəkətdə olan hissələrini qoruyur və depozitin meydana gəlməsini azaldır. Bu mühərrik yağı əksər Amerika və Avropa istehsalçılarının Avro 3 və əvvəlki nəsil mühərriklərində istifadə üçün tövsiyə olunur.