TECHNOL ATF V

TECHNOL ATF V inkişaf etmiş yüksək sintetik texnologiyaya malik, avtomatik ötürücü mayesidir. Yüksək texnologiyası ilə böyük həcmli xidməti nəqliyyat vasitələri üçün bir çox üstünlüyə malikdir, ən başlıcası uzunmüddətli yağ dəyişmə intervalı və yüksək performansı ilə seçilir. Xüsusilə, Voith, Allison, ZF kimi istehsalçıların uzunmüddətli yağ dəyişmə intervalının tələb olunduğu ağır xidməti avtomatik sürət qutuları (avtobuslarda, zibil maşınlarında, xidməti nəqliyyat vasitələri) üçün tövsiyə olunur. Sarsıntıya davamlı və uzunmüddətli yağ dəyişmə intervalının vacib olduğu “Asian Stepautomatic” ötürücülərində istifadə olunur.