Technol POWER+ 10w-40

Tətbiqi:

TECHNOL POWER+ 10W-40 yağı xüsusilə uzun yolda ağır yük altında işləyən dizel mühərriklərinə uyğun
olan sintetik texnologiyalı yağdır. Bu yağ əksər qazla işləyən mühərriklər üçün də uyğundur. “Low-SAPS”
texnologiyası (az tərkibdə sulfatlı kül, fosfor və kükürd) ilə TECHNOL POWER + 10W-40 yağı dizel
hissəcik filtrləri (DPF) kimi sonrakı təmizləmə sistemləri ilə təchiz olunmuş dizel mühərriklərini qoruyur.
TECHNOL POWER+ 10W-40 yağı xüsusilə Avro 6 standartına və Mercedes-Benz, DAF və bəzi
Scania mühərriklərinə uyğunlaşdırılmışdır. Bu yağ, həmçinin əksər Avro 5 standartlı avtomobil
istehsalçıları üçün də uyğundur və qarışıq markaların (Amerika və Avropa istehsalçılarının) bir çox
modelini minimal məhsul sayı ilə idarə etməyə imkan verir.
TECHNOL POWER+ 10W-40 AVRO 5 və AVRO 6 emissiya standartlarını qarşılayan yük və
minik avtomobilləri üçün, həmçinin AB-nin IIIA, IIIB, IV və US Tier 4 emissiya standartlarına
uyğun gələn kənd təsərrüfatı, dağ-mədən və tikinti nəqliyyat vasitələri üçün uyğundur.
TECHNOL POWER+ 10W-40 üstün porşen təmizliyi, oksidləşmə qoruması və aşınma
nəzarəti sayəsində motorun dayanıqlılığını təmin edir.

 

Üstünlükləri:

  • Sintetik bazası və yüksək performanslı qatqıları sayəsində yüksək performanslı yağı ərsəyə gətirməsi və müstəsna termal stabilliyin təmini;
  • Yüksək yuyucu, anti-oksidant və anti-korroziya xüsusiyyətləri ilə DAF, MAN və Mercedes-Benz tərəfindən tələb olunan uzadılmış yağdəyişmə intervalına çatması və texniki xidmət xərclərini azaltması;
  • Yuyucu, paylayıcı və köhnəlmə əleyhinə tərkibi ilə mühərrikin ən həssas hissələrini təmiz saxlaması, mükəmməl porşen təmizliyi performansı silindr vtulkasının cilalamasına qarşı effektiv müdafiənin təmini;
  • Təkmilləşdirilmiş “low-SAPS” formulası ilə dizel hissəcik filtrinin (DHF) tıxanmasının qarşısını alması və sonrakı təmizləmə sisteminin davamlılığının gücləndirilməsi.
4 lt
15 lt