Technol POWER LE 10w-30

Xüsusiyyətləri və Faydaları:

Technol Power LE 10W-30 yağı həm yeni, həm də köhnə mühərriklərdə ən mükəmməl performansı təmin etmək üçün Trimer qatqı texnologiyası və qarışıq yuyucu sistemiylə hazırlanmışdır. Qurum toplanmasına görə yağın qatılaşmasına mükəmməl nəzarəti təmin etməyə və Ümumi Baza Miqdarının (ÜBM) uzun yağdəyişmə intervallarında müstəsna saxlanılmasına əlavə olaraq, Technol Power LE 10W-30 yağının qabaqcıl texnologiyası yağı sərfiyyatına, oksidləşməyə, korroziv və abraziv yeyilməyə və yüksək temperatur çöküntülərinə qarşı müstəsna müqavimət təmin edir. 

 

Tətbiqi:

  • Dizel Hissəcik Filtri (DPF) və Dizel Oksidləşmə Katalizatoru (DOC) texnologiyalarından istifadə edən sonrakı təmizləmə sistemləri ilə təchiz edilmiş ən son aşağı emissiyalı, yüksək performanslı dizel tətbiqatlarında;
  • EGR Texnologiyasına sahib turbokompressorlu dizaynlar daxil olmaqla yüksək performanslı dizel tətbiqatlarında və köhnə, təbii havalandırılan ənənəvi dizaynlara sahib dizel tətbiqatlarında;
  • Magistral yollarda və kənarda yük daşıma, o cümlədən, tikinti, mədənçilik, daş çıxarma və kənd təsərrüfatı işlərində;
  • Magistral yollarda həm yüksək sürətli/ağır yüklü, həm də qısa məsafəli yükləmə/çatdırılma işlərində;
  • Kəskin aşağı sürət/ağır yük şəraitində işlənən magistral yoldan kənar işlərdə;
  • Yüksək performanslı benzin mühərrikləri və qarışıq avtomobil parkı işlərində;
  • Amerika, Avropa və Yaponiya istehsalçılarının dizel mühərrikli avadanlıqlarında.