Technol POWER LE 5w-30

Tətbiqi:

Dizel Hissəcik Filtri (DPF), Selektiv Katalitik Azaltma (SCR), Davamlı Regenrativ Filtr (CRT), Dizel Oksidləşmə Katalizatorları (DOC) və Buraxılan Qaz Resirkulasiyası (EGR) kimi Texnologiyalardan istifadə edən Ağır Yük Dizel Mühərrikləri, o cümlədən, Avro V/VI və US EPA 2007/2010 Müasir Aşağı Emissiyalı Avtomobillər üçün hazırlanmışdır. Aşağı kükürdlü yanacaqlardan və çoxsaylı biodizel yanacaq formullarından istifadə edən Ağır Yük Dizel Mühərriklərinə tətbiq oluna bilər. Təbii Havalandırmalı və Turbokompressorlu Dizel Mühərrikli Avadanlıqlar üçün münasibdir. Magistral yollarda Qısa Məsafəyə və Uzaq Məsafəyə Gedən yük Maşınları və Avtobuslar üçün istifadə oluna bilər. Magistral yollardan kənarda Mədənçilik, Tikinti və Kənd Təsərrüfatı Avadanlıqları üçün uyğundur.

Üstünlükləri:

 

Yüksək gücə sahib, aşağı emissiyalı mühərriklər yağa tələbatı artırır. Daha kip mühərrik dizaynları yağ sərfiyyatını azaldır və tükənmiş qatqıların yerini doldurmaq üçün daha az təzə yağ ehtiyacı ilə nəticələnir. Yağın termal təzyiqi aralıq sərinlədicilər və turbokompressorlardan istifadəyə görə artır. Yüksək yanacaq püskürtmə və silindr təzyiqləri və ləngidilmiş zamanlama yanma səmərəliliyini artırır, amma eyni zamanda, mühərrikin temperaturunu, yağın uçuculuğu və qurum qoymasını da artırır.

  • Qabaqcıl texnologiya emissiya sistemlərini qoruyarkən bu kəskin şəraitlərdə müstəsna performansını təmin edir.
4 lt
15 lt