Siyasətimiz

«TECHNOİL» MMC-nin KEYFİYYƏT SAHƏSİNDƏ SİYASƏTİ

Keyfiyyət sahəsindəki hazırki Siyasət şirkətin ümumi inkişaf strategiyasının tərkib hissəsidir.

Ölkə daxilində mühərrik və sürtgü yağları istehsalatı və distribusiyası ilə məşğul olan müəssisələrin fəaliyyəti üçün rəqabətə qabiliyyətli məhsulun istehsal edilməsi fəaliyyətimizin əsas məqsədi olduğunu bəyan edərək «Technoil» MMC keyfiyyət sahəsində aşağıdakı prinsiplərini rəhbər tutur:

  • müştərilərin tələb və istəklərini anlamaq, müəyyən etmək və effektiv qaydada təmin etmək;
  • şirkətdə İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olan keyfiyyətli idarəetmə sisteminin yaradılması və daima təkmilləşdirilməsi;
  • Azərbaycan Respublikasının qanunvericilik tələblərinə riayət etmək;
  • şirkətin istehsalat proseslərinin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi və istehsal olunan məhsulun keyfiyyətini artırmaq;
  • istehsal edilən məhsulun çeşidini artırmaq və  daim təkmilləşdirmək;
  • alıcılarla operativ və daim əlaqə saxlamaq;
  • istehsal edilən məhsulun yüksək keyfiyyətinə təminat verən partnyorların və podratçıların ən yaxşı subpodrat məhsulunu tətbiq etmək, ən yaxşı təcrübələrə istiqamətlənmək;
  • seçilmiş istiqamətlər üzrə personalda səriştəliliyinin inkişaf etdirilməsi;
  • effektiv təşkilati strukturunun saxlanması;
  • şirkətinin və onun hər bir əməkdaşının dəyərlərinin və maraqlarının qarşılıqlı anlaşması və bölüşdürülməsi.

Şirkətin rəhbərliyi keyfiyyət sahəsində Siyasətini həyata keçirilmək və öhdəliklərini yerinə yetirilmək üçün üzərinə məsuliyyət götürür:

  • keyfiyyətin idarə olunmasına işçilərin cəlb olunmasına imkan yaradan əmək şəraitini yaratmaq;
  • keyfiyyəti idarəetmə sisteminin fəaliyyəti üçün zəruri olan təşkilati və struktur şəraiti yaratmaq, bu məqsədlər üçün müvafiq maliyyə, texniki, kadr və digər resurslar ayırmaq, onların effektli istifadəsini təmin etmək;
  • keyfiyyəti idarəetmə sisteminin müəyyən etdiyi tələblərə uyğunluğunu saxlamaqla onun səmərəliliyini daima artırmaq;
  • keyfiyyəti idarəetmə sisteminin səmərəliliyinin təmin etmək məqsədilə ildə 1 dəfədən az olmayaraq təhlilini aparmaq;
  • şirkət tərəfindən istehsal edilən məhsulun razılaşdırılmış müddətdə sifarişçilərə çatdırılmasını təmin etmək.

Şirkətin rəhbərliyi Keyfiyyəti İdarəetmə Sisteminin (KİS) yaradılmasını şirkətin fəaliyyətində vacib strateji istiqamət sayır. KİS-ə effektiv biznes proseslərin qurulmasına, onların səmərəli idarə olunmasına şərait yaradan və başlıca səbəb olan bir işlək alət kimi baxırıq. Belə bir sistemin qurulması və idarə olunması müştərilərimizin tələb və istəklərini doğrultmağa imkan verir.

Bu siyasətin  həyata  kecirilməsi  ücün  aşağıdakı  strateji məqsədlər müəyyən olunublar:

  • Müştəriyə təqdim olunan məhsulların standartlara və sifarişçilərin tələblərinə tam şəkildə uyğunluğunu təmin etmək.
  • Təqdim etdiyimiz məhsulların keyfiyyət göstəricilərinin rəqabətdə olduğumuz şirkətlərin məhsullarından daha yüksək səviyyədə olmasına nail olmaq.
  • məhsullarımızın keyfiyyətinə görə müştəri qarşısında məsuliyyət daşımaq.
  • Rəqabət apardığımız şirkətlərlə müqayisədə daha optimal qiymət\keyfiyyət nisbətinə nail olmaq.
  • İstehsal etdiyimiz məhsulların çeşidini artırmaq, ən yeni texnologiyalardan və nailiyyətlərdən istifadə edərək müştərinin tam məmnunluğunu qazanmaq.
  • Müştərilər tərəfindən bildirilən narazılıqların və iradların daima azalmasına nail olmaq.

Şirkətin qarşısına qoyduğu məqsədlərə nail olmasında hər bir əməkdaş şəxsən iştirak edir: hər birinin əməyindən istehsal olunan məhsulun keyfiyyəti, o cümlədən müştərilər və partnyorlar arasında şirkətinin imici, onların bizə etibarı asılıdır.